İranda ötən sutka ərzində 400 nəfər koronavirusa (COVID-19) yoluxub, 10 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 144 439 nəfər, yoluxanların sayı isə 7,54 milyonu ötüb.