Vətənə xəyanət ittihamı ilə ev dustaqlığında olan alim Valeri Mitko 82 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə alimin müdafiə tərəfi məlumat verib.
"81 yaşında ölkənin hidroakustika üzrə aparıcı mütəxəssislərindən biri, Arktikanın tədqiqi üzrə ən böyük mütəxəssis olan Valeri Mitko vəfat edib", - agentliyin həmsöhbəti bildirib.
Mitkoya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (“dövlətə xəyanət”) ilə ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, Mitko xaricə səfəri zamanı məxfi materialları xarici xüsusi xidmət orqanlarının nümayəndələrinə verib.
Alim özünü təqsirli bilməyib. Qeyd edək ki, bundan əvvəl Mitko ürəyində problem yarandığı üçün Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib.
Valeri Mitko texnika elmləri doktoru, professor, Sankt-Peterburq Mühəndislik Akademiyasının müxbir üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Geosiyasət və təhlükəsizlik bölməsinin Sankt-Peterburq bölməsinin sədri, Rusiya Federasiyasının Mühəndislik Akademiyasının həqiqi üzvü və prezidenti olub. Arktika Elmlər Akademiyası Elmi fəaliyyəti dövründə 24 medalla təltif edilib, 400-dən çox elmi işi var.