Roma Papası Fransisk Rusiya prezidenti Vladimir Putini müharibəyə son qoymağa, Ukrayna prezidenti Volodimir Zelenskini isə danışıqlara açıq olmağa çağırıb.
"Unikal" xəbər verir ki, o, həmçinin Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.
“Son günlər beynəlxalq hüququn prinsiplərinə zidd olan növbəti hərəkətlər nəticəsində yaranmış çətin vəziyyət məni dərindən kədərləndirir. Bu, nüvə eskalasiyası riskini artırır ki, bu da bütün dünyada idarəolunmaz və fəlakətli nəticələr qorxusuna səbəb olur”.
Roma Papası Rusiya prezidenti Vladimir Putindən “bu zorakılıq və ölüm spiralını dayandırmağı”, Ukrayna prezidenti Volodimir Zelenskidən isə “sülh üçün ciddi təkliflərə açıq olmasını” istəyib.
“Müraciətim ilk növbədə Rusiya Federasiyasının prezidentinədir və mən ondan xahiş edirəm ki, hətta öz xalqına məhəbbətdən belə bu zorakılıq və ölüm spiralını dayandırsın”.
Digər tərəfdən, mən eyni dərəcədə ümidverici xahiş edirəm ki, Ukrayna prezidentinə ciddi sülh təklifinə açıq olsun”.
O, həmçinin beynəlxalq ictimaiyyəti “təhlükəli eskalasiyaya sürüklənmədən müharibəni bitirmək üçün mümkün olan hər şeyi etməyə” və münaqişənin dialoq yolu ilə həlli üçün istənilən cəhdi dəstəkləməyə çağırıb.