Rusiya hökuməti dost olmayan ölkələrə avtomobil nəqliyyatı üçün Rusiya ərazisindən istifadə etməyi qadağan edib.
"Unikal" xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı fərmana əsasən, dost olmayan ölkələrə bundan sonra avtomobil nəqliyyatı üçün Rusiya ərazisindən istifadəyə icazə verilməyəcək.
Müxtəlif ərzaq, geyim və texnoloji məhsullar, eləcə də tibbi ləvazimatlar qadağadan azad edilib.
Avropa İttifaqı ölkələri Rusiyanın avtomobil nəqliyyatında Avropa torpaqlarının istifadəsinə müxtəlif məhdudiyyətlər qoymuşdu.