Ukrayna Hərbi Dəniz Qüvvələri üçün Türkiyə tərəfindən inşa edilən “Hetman İvan Mazepa” hərbi gəmisi İstanbulda suya buraxılıb.
"Unikal" xəbər verir ki, mərasimdə Türkiyə rəsmiləri ilə yanaşı Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak edib.
“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya buraxmaq dirmək şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək” – deyə Zelenskaya özünün "Telegram" kanalında yazıb.
İki gəminin alınması üçün bir neçə il əvvəl 140.7 milyon dollar dəyərində müqavilə imzalanıb. Layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır.