Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Enerji və təbii sərvətlər naziri Fatih Dönmez, Milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, Prezidentin kommunikasiya idərəsinin rəisi Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın oktyabrın 3-də Liviyaya səfər edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, səfər zamanı Liviyada siyasi keçid prosesi və bu kontekstdə seçkilərin müzakirəsi, ikitərəfli münasibətlərin, o cümlədən hərbi təlim əməkdaşlığının nəzərdən keçirilməsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.