ABŞ-ın cənub-şərq ərazilərini vuran yen qasırğası nəticəsində 62 nəfər ölüb, çox sayda xəsarət alan var.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bəzi məhəllələr tamamilə dağılıb, elektrik və rabitə xətləri sıradan çıxıb, infrastruktura ciddi ziyan dəyib. Aramsız yağışlar nəticəsində binaların zirzəmiləri su ilə dolub. Bu da xilasedicilətin işini çətinləşdirir.
ABŞ-ın sahil mühafizə xidməti fırtına nəticəsində qəzaya uğrayan gəminin itkin düşmüş 16 sərnişininin axtarışlarını dayandırıb.