Tayvanın şərq sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
"Unikal"ın məlumatına görə, bu barədə Çin adasının seysmoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanlar Hualyan qəzasında hiss olunub. Zəlzələnin episentri eyniadlı şəhərdən 58,2 km cənub-qərbdə, ocağı isə 23,5 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.