Almaniya həm NATO üzvüdür, həm də Şərqi Avropadakı münasibətlərinə görə Ukraynaya hərtərəfli dəstək verir.
"Unikal" xəbər verir ki, bu fikirləri Almaniyanın səhiyyə naziri Karl Lauterbax "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, Almaniya Putinlə müharibə vəziyyətindədir:
"Putinlə müharibə vəziyyətindəyik. Onun psixoloji durumu bizi qətiyyən maraqlandırmır. Biz Putinlə müharibə edirik, onun psixoterapevtləri deyil. Ukraynanın azadlığı və qələbəsi ardıcıl surətdə davam etdirilməlidir", - deyə o bildirib.
Nazirin sözlərinə Almaniya hökumətinin müdafiə naziri Christine Lambrecht deyib:
Biz müharibə tərəfi deyilik və olmayacaq da. Biz əvvəldən müharibənin tərəfi olmamışıq və NATO çərçivəsində fəaliyyət göstəririk”.
Rusiyanın Berlindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və dörd rayonun ilhaq qərarının tanınmaması ilə bağlı etiraz notası ilə Rusiyaya məlumat verilib.
Gülayə Mecid