Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Britaniyanın “Mühafizəkarlar-Ukraynanın dostları” təşəbbüsünün prezidenti olacaq.
"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
"Boris Conson bu təşkilata rəhbərlik etmək üçün ən bariz və ən layiqli şəxsdir, çünki o, təkcə bu ölkədə deyil, bütün Qərb dünyasında Ukrayna xalqına qətiyyətlə dəstək verən ilk şəxs olub", - KİV qeyd edib
Bildirilir ki, “Mühafizəkarlar-Ukraynanın dostları” qrupuna Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatları ilə yanaşı, Rusiyanın təcavüzünün dəf edilməsində Ukraynaya yardım göstərməyə çalışan partiyanın sıravi üzvləri də daxildir.
Gülayə Mecid