Rusiya Federasiyasının əsgərləri Ukraynada 416 uşağın həyatına son qoyublar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"2022-ci il oktyabrın 3-də səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1200-dən çox uşaq xəsarət alıb. 416 uşaq ölüb, 784-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, - məlumatda deyilir.
Gülayə Mecid