Rusiyanın Yakutiya diyarında səhvən səfərbərliyə cəlb edilən 300-ə yaxın şəxs evlərinə qaytarılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Yakutiya İctimai Palatasının sədri Nikolay Buqayev məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası rəhbəri Vladimir Putin səhvən səfərbərliyə çağırılanlar haqqında edilən səhvlərin düzəldilməsini əmr etmişdi.
Ağarza Elçinoğlu