Braziliyalılar ölkə prezidentini ikinci turda seçəcəklər, indiki prezident Jair Bolsonaro və Luis İnasio Lula da Silva seçki kampaniyasında iştirak edirlər.
"Unikal" xəbər verir ki, bu barəsə ölkənin Ali Seçki Məhkəməsi məlumat yayıb.
Braziliyada səsvermənin ilk turu oktyabrın 2-də keçirilib. İkinci tur oktyabrın 30-na təyin edilib.
İndiyədək bülletenlərin 97,45 faizi hesablanıb, Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva 47,93 faizlə irəlidədir, ikinci yerdə 43,63 faizlə hazırkı prezident Jair Bolsonaro gəlir.
Gülayə Mecid