Türkiyənin Ərzincan vilayətində mikroavtobus qəzaya uğrayıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb.
Belə ki, Bursadan Tunceli şəhərinin Ovacık rayonuna gedən mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza baş verib.
Xəsarət alanlara yerindəcə ilkin tibbi yardım göstərilib və müalicə almaq üçün xəstəxanalara yerləşdiriblər.