Somalidə təhlükəsizlik qüvvələri “Əş-Şəbab” terror təşkilatının liderlərindən olan Abdullahi Nadiri zərərsizləşdirib.
"Unikal" xəbər verie ki, Somali Milli Xəbər Agentliyinin (SONNA) məlumatına görə, əməliyyatda “Əş-Şəbab”ın qurucularından “Ubeydə” kimi tanınan Abdullahi Nadir öldürülüb.
Terrorçular siyahısında axtarışda olanlar arasında olan Nadirə qarşı əməliyyat üçün uzunmüddətli planın olduğu açıqlanıb.
"Əl-Şəbab" qruplaşmasının liderləri arasında yer alan Nadir üçün ABŞ tərəfindən 3 milyon dollar mükafat təklif edilib.
Somalidə "Əş-Şəbab" terror təşkilatı tez-tez təhlükəsizlik qüvvələrini və mülki insanları hədəf alan hücumlar təşkil edir.
Seymur Əli