Çeçenistan rəhbəri Ramzan Kadırovun 3 oğlu tezliklə Ukraynadakı müharibəyə cəlb olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Kadırov özü "Telegram" kanalında yazıb.
"Əsl döyüşdə özlərini göstərməyin vaxtı gəldi və bu, onların istəyidir, mən yalnız alqışlayıram. Tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən gərgin hissələrində olacaqlar", - Kadırov qeyd edib.
Onu da deyək ki, Çeçenistan liderinin oğlanları yetkinlik yaşına çatmayıb.
Ağarza Elçinoğlu