Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi start götürüb.
"Unikal"ın məlumatına görə, bu gün tibb və fiziologiya üzrə mükafatın laureatları açıqlanıb.
2022-ci ildə bu mükafatı isveçli Svante Peebo əldə edib.
O, insan təkamülü və qədim insanların genomları ilə bağlı kəşflərinə görə Nobel mükafatına layiq görülüb.
Qeyd edək ki, oktyabrın 4-də fizika, oktyabrın 5-da kimya, 6-da ədəbiyyat, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.
Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.