Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin təlimlərinin aktiv mərhələsi başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə KTMT təlimlərinin birgə mətbuat mərkəzi məlumat yayıb.
"2022-ci il KTMT-nin kollektiv təhlükəsizliyinin bütün regionlarında vəziyyətin kəskinləşməsi ilə xarakterizə olunur. Bu şərtlərdə KTMT-nin qoşunları öz təyinatları üzrə tapşırıqları yerinə yetirməyə daim hazır vəziyyətdə olmalıdırlar, o cümlədən müasir müharibələr və "yalançı bayraq altında, etibarnamə ilə" fəaliyyət göstərən düşmənlə silahlı münaqişələr şəraitində", - deyə KTMT-nin Birləşmiş Qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorov bildirib.
Sidorov qeyd edib ki, təşkilatın inkişaf strategiyasında siyasi və diplomatik nizamlama tədbirlərinə üstünlük verilir. Onun fikrincə, təlimlər komanda-nəzarət orqanlarının, KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birləşmələrinin birgə təliminin ən effektiv formasıdır.
Ağarza Elçinoğlu