Ukrayna qoşunları Luqansk Xalq Respublikasının (LXR) sərhədini keçib.
"Unikal" xəbər verir ki, bu barədə LXR xalq milisinin zabiti Andrey Maroçko bildirib.
"İtkilərə baxmayaraq, Ukraynanın silahlı birləşmələri LXR-in inzibati sərhədini keçərək Lisiçansk yaşayış məntəqəsi istiqamətində möhkəmlənməyə nail olub", - Maroçko əlavə edib.
Bundan əvvəl Rusiya bölmələri Donetsk vilayətinin Liman şəhərindən mühasirə təhlükəsi səbəbilə geri çəkilib.
Ağarza Elçinoğlu