Avropa İttifaqında sığınacaq sistemi son illərdə iflasa uğrayıb. Ona görə də islahatlar aparılmalıdır.
"Unikal" "Kronen Zeitung"a istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer bildirib.
"Avropa İttifaqında sığınacaq sistemi necə dəyişdirilməli, hansı hüquqi əsaslar dəyişdirilməlidir bu barədə təcili düşünmək lazımdır. Çünki Aİ-də sığınacaq sistemi dağılıb. Bu, dramatik deyil, səbəb budur və biz, millət dövlətləri bunun nəticələrinin öhdəsindən gəlməliyik", - kansler qeyd edib.
O, həmçinin vurğulayıb ki, Avstriya tezliklə Brüsselə siqnal göndərəcək. Nnehammer Avropa Komissiyasını real sərhəd nəzarətinin yaradılması və artıq Aİ sərhədlərində sığınacaq verilməsi ilə bağlı qərarların qəbulu prosesinin sürətləndirilməsi istiqamətində lazımi addımlar atmağa çağırıb.
Ağarza Elçinoğlu