Avropada tarixin ən böyük quş qripi epidemiyası qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatında bildirilib.
"2021-2022-ci illər yüksək patogenli quş qripi epidemiyası Avropada müşahidə edilən ən böyük epidemiya mövsümüdür. Son məlumatlar təsərrüfatlarda quşlar arasında ümumilikdə 2 467 epidemiyanın olduğunu göstərir", - qeyd olunub.
Avropada 3573 çöl quşu və 187 ev heyvanında da yoluxma halları müəyyən edilib. Bundan əlavə, infeksiyaya yoluxma ehtimalı yüksək olduğu üçün zərər çəkmiş fermalarda 48 milyon quş məhv edilib.
Əlavə olaraq, epidemiyanın Avropanın 37 ölkəsini əhatə etdiyi deyilir.
Ağarza Elçinoğlu