Rusiyanın Leninqrad vilayətində zəncirvari qəzaya səbəb olan Ruisya Daxili İşlər Nazirliyinin Vıborqski rayonu üzrə inzibati qanunvericiliyin icrası şöbəsinin rəisi saxlanılıb.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 40 yaşlı polis rəisi içkili şəkildə əks yola çıxaraq qəza törədib. Nəticədə 3 nəfər ağır xəsarət alıb. DİN-in digər şöbəsinin rəisi isə qarın nahiyəsindən yaralanıb.
O, qəzadan sonra hadisə yerindən meşəyə qaçmaq istəsə də, sürücülər onu tutub.
Sərxoş polisdən içi güllə ilə dolu tapança götürülüb.
Rusiyanın Leninqrad vilayəti üzrə İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma aparır.
Ağarza Elçinoğlu