Rusiya ordusunun Qərb Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Juravlev istefaya göndərilib.

"Unikal" xəbər verir ki,  Qərb Hərbi Dairəsinin yeni komandanı vəzifəsinə general-leytenant Roman Berdnikov təyin edilib.

Berdnikov əvvəllər Şərq Hərbi Dairəsinin birləşmiş silahlı birləşmələrinin komandanı olub, daha sonra Suriyadakı Rusiya qoşun qruplaşmasına komandanlıq edib.