Əfqanıstanın paytaxtı Kabildə kamikadzenin təhsil mərkəzinə hücumu nəticəsində 53 nəfər ölüb, 110 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı missiyası bəyanat yayıb.
"Kabilin Həzara rayonundakı təhsil müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı daha da artıb: 53 nəfər ölüb, onlardan ən azı 46-sı qız və gənc qadındır, 110-u yaralanıb", - BMT bildirib.
Xatırladaq ki, sentyabrın 29-da Kabilin qərbində bir çox tələbənin imtahana hazırlaşdığı tədris mərkəzinin binasında kamikadze özünü partladıb. Hələlik heç kim terror aktına görə məsuliyyəti üzərinə götürməyib.
Seymur Əli