İsveçin geyim, ayaqqabı, aksesuar və məişət əşyaları markası olan H&M Rusiyadakı mağazalarını bağlamağa başlayıb.
"Unikal"ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda brendin bəzi məntəqələri öz işini dayandırıb, qalanları isə pərakəndə satıcının anbarlarında qalan malların satışını davam etdirir.
Məşhur ticarət şəbəkəsi Rusiyadakı mağazalarının həmişəlik bağlandığını açıqlayıb.
H&M anbarlarında qalan son məhsulları da satdıqdan sonra Rusiya bazarını tamamilə tərk edəcək.
Ağarza Elçinoğlu