Ukrayna sərhədləri yaxınlığında yerləşən Polşanın Rzeşov aerodromunda NATO təyyarələrinin kütləvi axını qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə "Flightradar" uçuş izləmə portalından məlumat əldə olunub.
Qeyd olunan zonada alyansın təyyarələri dəfələrlə görünüb. Belə ki, sentyabrın 29-da "Kalitta Air" yük aviaşirkətinin Boeing 747-412 təyyarəsi ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərindən Polşaya gəlib.
Bundan əlavə, sentyabrın 30-da İspaniya Hərbi Hava Qüvvələrinə məxsus CASA C-295M nəqliyyat təyyarəsi də transponderi işə salaraq aerodrom ərazisindən Krakov istiqamətində hərəkət edib. Həmin gün "Maximus Air Cargo" ərəb yük aviaşirkətinə məxsus Ukrayna qeydiyyatlı An-124 Ruslan təyyarəsi aerodromdan Fransanın Marsel şəhərinə uçub.
Ağarza Elçinoğlu