Rusiyanın "Su-25" hərbi təyyarəsi Malinin Qao şəhərində hava limanında qəzaya uğrayıb. 

"Unikal" rus mediasına istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Hadisənin baş vermə səbəbləri  araşdırılır.