Yaponiya hakimiyyəti Rusiyanın Sapporodakı konsulundan altı gün ərzində ölkəni tərk etməyi tələb edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın Xarici İşlər Naziri Yoşimasa Hayaşi deyib.
Qərar Yaponiyanın Vladivostokdakı konsulunun dindirilməsi və ölkədən çıxarılmasına cavab olaraq qəbul edilib.
Onun sözlərinə görə, Yaponiya Kremlin Yaponiya konsulu ilə bağlı hərəkətlərinə cavab olaraq Rusiya Federasiyasının konsulunu persona non-qrata elan edib.
Ağarza Elçinoğlu