Peskov erməni dövri nəşrlərinin Moskvanın İrəvanın Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmasına çalışdığı iddialarını axmaqlıq adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Kreml sözçüsü jurnalistlərə bildirib.
"Xeyr, bu, başqa bir axmaqlıqdır", - Peskov qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyanın ailəsinə məxsus "Haykakan Jamanak" saytı bu gün "Rusiya nə istəyir. Patriarx həzrətlərinin, üç prezidentin və ekspert icmasının məlumatı üçün" adlı məqalə dərc edib.
Ağarza Elçinoğlu