Son zamanlar Finnair, Ryanair və Lufthansa da daxil olmaqla, bir sıra Avropa aviaşirkətlərinin bu və ya digər səbəbdən Rusiya vətəndaşlarını təyyarəyə buraxmaması ilə bağlı xəbərlər getdikcə artmaqdadır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Finnair-ə görə, aviaşirkət bu məsələdə "təlimatlara əməl edir və səlahiyyətlilərlə birlikdə işləyir". Daşıyıcının mətbuat xidməti xatırladıb ki, Finlandiya hakimiyyəti sentyabrın 30-dan rusların turizm məqsədilə ölkəyə girişinə qadağa qoyub. Məhdudiyyətlər digər Şengen ölkəsinə turizm məqsədilə tranzit üçün də tətbiq edilir.
ATOR xatırladıb ki, Litva , Latviya və Estoniya da rusiyalı turistlər üçün bağlı olub və Finlandiyada qüvvədə olan qaydalara bənzətməklə, bu ölkələrə hava yolu ilə getmək mümkün deyil.
Rusların Lufthansa reyslərinə minməməsi ilə bağlı xəbərlərə gəldikdə, assosiasiya izah edib ki, Frankfurt hava limanının qaydaları rusların tranzit üçün vizaya ehtiyac duya biləcəyini istisna etmir. ATOR qeyd edib ki, Rusiya vətəndaşlarının uçuşlara buraxılmaması ilə bağlı məlumat “olduqca proqnozlaşdırıla bilən” olsa da, rəsmi olaraq təsdiqlənməyib.
Bir gün əvvəl bildirilmişdi ki, turist vizası olan Rusiya vətəndaşları üçün məhdudiyyətlər qüvvəyə mindikdən sonra Finlandiyaya daxil olan rusiyalıların sayı 7 dəfə azalıb.
Gültəkin Ələsgər