Ukrayna Odessanın YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsi üçün müraciət etmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko öz Telegram kanalında yazıb .
“Biz sürətləndirilmiş prosedur çərçivəsində Odessanın YUNESKO-nun Ümumdünya Mədəni İrsinin əsas siyahısına daxil edilməsi üçün dosye hazırlamışıq və təqdim edirik.
Tkaçenkonun sözlərinə görə, bu şəhərin YUNESKO-nun dünya mədəni irsinin əsas siyahısına daxil edilməsi onun konservasiyasına beynəlxalq əhəmiyyətli diqqətin göstərilməsinə zəmanət verir və “dünya mədəni irsinin daha yaxşı qorunmasına imkan verəcək”.
Müvafiq dosye Odessa Şəhər Şurası tərəfindən Ukrayna Mədəniyyət Nazirliyi ilə birlikdə hazırlanıb.
Bundan əvvəl Rusiyanın YUNESKO -dakı daimi nümayəndəsi Aleksandr Kuznetsov bildirmişdi ki, Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı YUNESKO-nun Ümumdünya İrs Siyahısından bir dənə də olsun Ukrayna obyekti zədələnməyib.
Bundan əvvəl UNESCO-nun Odessanın mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsini dəstəklədiyi bildirilirdi.
Gültəkin Ələsgər