Ukrayna Milli Bankının (MBU) rəhbəri Kirill Şevçenko qərarını “sağlamlıqla bağlı səbəblərlə” izah edərək istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdəki səhifəsində yazıb.

“Dostlar, səhhətimlə əlaqədar olaraq, göz ardı edə bilməyəcəyim səbəblərə görə özüm üçün çətin bir qərar verdim. Mən Ukrayna Milli Bankının sədri vəzifəsini tərk edirəm”, - deyə bəyanatda bildirilir.

O, artıq Ukrayna prezidenti Volodimir Zelenskiyə onun istefasını qəbul etmək xahişi ilə müraciət etdiyini açıqlayıb.

Gültəkin