Moskva vilayətinin Ramenski rayonunun Zyuzino kəndində yerləşən hərbi hissənin binası yandırılıb.
"Unikal" xəbər verir ki, naməlum şəxs hərbi hissəyə 4 ədəd "molotov kokteyli" atıb.
"Yanğına cəhd oktyabrın 5-nə keçən gecə edilib. Hücum edən şəxs binanın pəncərəsindən 4 ədəd "molotov kokteyli" atıb, onlardan ikisi qırılıb, yanğın başlayıb, binanın üzlüyü zədələnib. Daha iki atılmış şüşə bütöv qalıb, onlar hadisə yerinə gələn polis tərəfindən aşkar edilərək götürülüb", - məlumatda deyilir.
Ağarza Elçinoğlu