Rusiya ordusunun Ukraynada geri çəkildiyi yaşayış məntəqələri geri alınacaq.
"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat xidməti Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov Putinin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiyaya ilhaqı ilə bağlı qanunları imzaladığına diqqət çəkərək, "Ölkəmiz bu gündən etibarən hüquqi ölçüdə böyüdü. Bu, çox vacibdir". dedi.
Rus ordusunun bu bölgələrin bəzi yaşayış məntəqələrindən çıxarılmasını dəyərləndirən Peskov, "Burada heç bir ziddiyyət yoxdur. Bu torpaqlar əbədi olaraq Rusiyanın yanında olacaq. Müəyyən yerlər geri alınacaq" , - deyib.
Putinin “xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi ilə bağlı danışacağı” iddialarına toxunan Peskov, bu mövzuda heç bir qərar verilmədiyini və bu iddiaların “yalan” olduğunu bildirib.
“Şimal axını 1” və “Şimal axını 2” təbii qaz boru kəmərlərində baş verən partlayışlara toxunan Peskov hadisə ilə bağlı istintaq prosesinə Rusiyanın da cəlb olunmasının vacibliyini vurğulayıb.
Gülayə Mecid