Yazıçı Ceyn Ostenin imzası olan romanının bir nüsxəsi 375 min funta satılıb.
"Unikal" xəbər verir ki, əl ilə “Müəllifdən” yazılmış “Emma”nın unikal nəşri yazıçının bütün çap əsərləri arasında ən yüksək satış qiyməti əldə edib.
Romanın alıcısı nüsxənin İngiltərədə qalmasına israr edib. Nəşr saxlanılması üçün Hempşirdəki Çoton malikanəsinə verilib. Tarixi binada 1600-1830-cu illərdə qadın yazıçıların yaradıcılığının tədqiqi mərkəzi yerləşir.
“Biz çox şadıq ki, Ceyn Ostenin belə əlamətdar əsəri kolleksiyamızdakı ədəbi xəzinələr arasında öz yerini tutacaq”, - tədqiqat mərkəzinin icraçı direktoru Keti Çayldz bildirib.