"Telegram"ın təsisçisi Pavel Durov "WhatsApp" messencerinin istifadəçilərinə təhlükəsizlik problemləri ilə bağlı xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Hakerlər "WhatsApp" istifadəçilərinin smartfonlarına tam giriş əldə edə bilər. Bu barədə ötən həftə messencer tərtibatçılarının özləri məlumat veriblər. Təcavüzkarların sındırması lazım olan yeganə şey sizə yoluxmuş video göndərmək və ya sizinlə video zəng etməkdir”, - Durov bildirib.
Onun sözlərinə görə, hətta ən son versiyaya yenilənmiş "WhatsApp" tətbiqi də istifadəçiləri xilas etməyəcək. O xatırladıb ki, 2017-ci ildən bəri messencerdə hər il eyni təhlükəsizlik boşluqları aşkar edilir.
"Ona görə də çoxdan whatsapp məlumatlarını sildim. Mən insanları Telegrama keçməyə təşviq etmirəm. 700 milyondan çox aktiv istifadəçisi və 2 milyon gündəlik qeydiyyatı olan "Telegram"ın əlavə təşviqata ehtiyacı yoxdur. İstənilən messencerdən istifadə edə bilərsiniz, sadəcə olaraq “WhatsApp”dan uzaq olun – o, 13 ildir ki, müşahidə vasitəsidir”, - Durov xəbərdarlıq edib.
Gülayə Mecid