Rusiya prezidenti Vladimir Putinin 70 illik yubileyi günündə MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitinə dövlət başçılarının hansı maşında gəlmələri gündəm olub.
"Unikal" xəbər verir ki, dünya liderlərinin əksəriyyəti qeyri-rəsmi sammitə “Aurus” icraçı sinfinə aid rus avtomobilləri ilə gəlib.
Yalnız Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev istisna olub. Tokayev Strelnadakı Konstantinovski sarayına “Mercedes-Benz” markalı avtomobildə, İlham Əliyev “Maybach”da (bu marka həm də “Mercedes-Benz”ə məxsusdur) gəlib. Sankt-Peterburqa gələn digər dövlət rəhbərləri Aurusla səyahət etməyi seçiblər. Onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan, Türkmənistan və Özbəkistan prezidentləri Serdar Berdiməhəmmədov və Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon və Belarus prezidentləri Aleksandr Lukaşenko da var .
Əvvəllər məlum olub ki, Aurus Moskvada VDNKh - da qiyməti 33,7 milyon rubldan başlayacaq Aurus Komendant SUV - ni təqdim edib.
Gültəkin Ələsgər