İraqın paytaxtı Bağdadda hökumət binalarının yerləşdiyi "Yaşıl zona" raket atəşinə tutulub.
"Unikal"ın məlumatına görə, bölgəyə azı üç raket atılıb. Hadisə ilə bağlı tam təfərrüatlar mıəlum olmasa da, yaralananların olduğu deyilir.
Qeyd olunur ki, hazırda Bağdadda İraq parlamentinin iclası keçirilir. Parlamentin bugünkü iclasında ölkənin yeni prezidentinin seçilməsi üçün səsvermə keçiriləcək.