Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kömür mədənində baş verən partlayışla bağlı Bartinə gedib.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Türkiyə lideri Bartində həlak olanların ailələrinə başsağlığı vermək üçün həm yaralı işçilər, həm də həyatını itirən işçilərin ailələri ilə görüşəcək.
***08:38
Prezident Rəcəb Tayyib Ərdoğan Bartında mədən ocağında baş verən partlayışa görə sabahkı Diyarbəkir proqramını ləğv edib.
"Unikal" xəbər verir ki, Cumhurbaşkanlığı Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Türkiyə Taşkömürü Qurumunun Amasra Müəssisəsində baş verən mədən partlayışı səbəbindən prezident Ərdoğan sabah Diyarbəkir səfərini təxirə salıb.
Prezident Ərdoğanın sabah Bartına gedərək xilasetmə işlərini yerində koordinasiya edəcəyi öyrənilib.
Gültəkin Ələsgər