Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 538 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 165 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 442 nəfərdir.

Ölkədə son sutka ərzində 2 141, hazırkı dövrədək isə 7 286 811 test aparılıb.