Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyub və respublikanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə əlaqədar vətəninə qayıtmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Slovakiya mediası yazıb.
"Prezident baş verən hadisələrlə əlaqədar xaricdə səfərini başa vuraraq Slovakiyaya qayıdır", - deyə Pelleqrininin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Pelleqrini bu iyunun 15-də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayacaq.
Nuranə Abbasova