Filippinin Mindanao adası sahillərində 8,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Seysmik hadisə 679.000 əhalisi olan General Santos şəhərindən 51 km məsafədə baş verib. Zəlzələnin mənbəyi 10 km dərinlikdə yerləşib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) zəlzələyə cavab olaraq sunami xəbərdarlığının verildiyini açıqlayıb. Qeyd olunur ki, dalğaların hündürlüyü normadan 1 metrə qədər yüksək ola bilər.
Gülayə Mecid





























.jpg)























