Hazırda Baş nazir Fitsonun olduğu helikopter Banska-Bistritsa şəhər xəstəxanasına çatıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 3 güllə yarası alan siyasətçinin vəziyyətinin son dərəcə ağır olduğu deyilir.
***17:41
Slovakiyanın baş naziri Robert Fitsonun sui-qəsd cəhdindən sonra vəziyyəti ağır olaraq qiymətləndirilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi mədəsindən, əzalarından və döş qəfəsindən yaralanıb.
***17:12
Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binada atışma olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı baş nazir Robert Fitso hökumətin iclasında açılan atəş nəticəsində yaralanıb. O, xəstəxanaya aparılıb.
Hücum edən şəxs saxlanılıb. Hadisənin motivləri açıqlanmayıb.
Gülayə Mecid