Rusiya tərəfinin bütün sərhədçiləri Ermənistan sərhədlərindən çıxarmaq niyyətində olduğu ehtimalı reallığa uyğun deyil.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

"Ermənistan və Rusiya liderləri arasında danışıqlar zamanı erməni tərəfinin xahişi ilə bəzi rayonlardan rus sərhədçilərinin çıxarılması məsələsi müzakirə olunub", - Zaxarova deyib. 

Onun sözlərinə görə, Moskva həmişə Ermənistanla müttəfiqlik münasibətlərinə sadiq qalıb və tarixən həmin reallığı rəhbər tutur: "Ancaq bu, ikitərəfli bir yoldur. Bizim tərəfdən heç vaxt ziqzaq olmayıb, qalanını rəsmi İrəvandan soruşun".

Ağarza Elçinoğlu