17 oktyabr 2022-ci il tarixində Xəzər rayon Ağsaqqallar Şurasının 2020-2021-ci illər üçün hesabat yığıncağı keçirilib. 

"Unikal" xəbər verir  ki, yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov və rayon Ağsaqqallar Şurasının üzvüləri iştirak ediblər.

Yığıncaq iştirakçıları öncə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin akt zalında davam edən iclas, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov iclası açaraq, gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib və görülən işlər barədə hesabat verib.

Məruzə ətrafında çıxışlar edilərək və perspektiv planlar müzakirə edilib.

Sonda Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev çıxış edərək, ölkədəki ictimai-siyasi vəziyyətdən və respublikada, xüsusilə işğaldan azad olunmuş torpaqlarımızda cənab Prezidentin nəzarəti ilə aparılan abadlıq-quruculuq işlərindən danışıb. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəklədiyini qeyd edib.

Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov iclasın sonunda çıxış edərək, yığıncaq iştirakçılarına minnətdarlığını ifadə edib, bundan sonra da şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirərək, qarşıda  görüləcək işlərdən bəhs edib.