Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib ki, iki gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Minskdən olan həmkarları ilə görüş tələb edib.
"Unikal" xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.
Lukaşenko vurğulayıb ki, əsas mövzular həmişə ictimai müstəvidən kənarda müzakirə olunmalıdır.
"Məni tez-tez tənqid edirlər: Bəli, bəlkə də bu barədə danışmamalıydım", - Belarus lideri qeyd edib.
Bundan əvvəl Aleksandr Lukaşenko bildirib ki, Belarus heç kimlə döyüşməyi planlaşdırmır. O qeyd edib ki, respublikaya müharibə lazım deyil.
Belarus rəhbəri də ölkəsinin sərhədlərini bağlamaq niyyətində olmadığını da açıqlayıb.
Gülayə Mecid