Bu gün oktyabrın 21-də İranın Zahedan şəhərində yenidən İslam hökumətinə qarşı kütləvi etirazlar başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar "Diktatora ölüm" və s. şüarlarla bütün şəhərdə ayağa qalxıblar.
Məlumata görə, hazırda şəhərdə atışma səsləri eşidilir. Bildirilir ki, xalqın dinc etirazı təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, bəzi banklar və hökumət mərkəzləri hücuma məruz qalıb və dağıdılıb.
Qeyd olunub ki, repressiv qüvvələr Zahedanda bəluc inqilabçılarını dağıtmaq üçün atəş açır və hərbi helikopterlərlə uçuşlar həyata keçirir. Zahedandakı etirazlar digər bölgələrə də yayılır.
Şəhərdə vəziyyət qeyri-normal ha lalıb və internetdə çoxlu pozulmalar var.
Bundan əlavə, nümayişlərin sabah da keçiriləcəyi planlaşdırılır.
Ağarza Elçinoğlu
خیابان های زاهدان در تسخیر مردم معترض با شعار «مرگ بر خامنه ای» ومرگ بردیکتاتور pic.twitter.com/m9Y9qc5bxr
— akhbar-rooz (@akhbar_rooz) October 21, 2022