Rəsmi Tehran Ermənistanın təhlükəsizliyini İran İslam Respublikasının və regionun təhlükəsizliyi hesab edir.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
O, erməni həmkarı ilə görüşündə bildirib ki, onlar Qafqaz regionunda hər hansı geosiyasi sərhəd dəyişikliyinin əleyhinə olduqlarını açıq şəkildə bəyan ediblər.
"Azərbaycan və Ermənistan arasında hərbi münaqişələr regionda narahatlıq yaradıb. Qafqaz regionu həssas dövrünü yaşayır. Hesab edirik ki, Qafqaz regionunda dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi kimi ciddi diqqət yetirilməlidir. Biz şadıq ki, Tehranla İrəvan arasında münasibətlər düzgün yoldadır və inkişaf edir. Biz Ermənistanın təhlükəsizliyini İran İslam Respublikasının və regionun təhlükəsizliyi hesab edirik. Bölgədə xarici qüvvələrin olmasına səbəb olan hər hansı bir hərəkətdən narahat olduğumuzu açıq şəkildə ifadə etmişik" - İran XİN rəhbəri vurğulayıb.
Ağarza Elçinoğlu