Zefir sıxlığı olan "TOI-3757 b" adlı Auriga bürcü istiqamətində Yerdən 580 işıq ili uzaqlıqda sərin qırmızı cırtdanın orbitində fırlanan nəhəng qaz planeti kəşf edilib.
"Unikal" xəbər verir ki, bu barədə Arizona ştatındakı Kitt Peak Milli Rəsədxanasının astronomları tərəfindən müşahidələr aparılıb.
Ekzoplanet qeyri-sıx qaz nəhəngləri və ya superpufflar adlandırılanlara - qaz nəhənginin ölçüsünə malik olan, lakin kütləsi Yerin yalnız bir neçə kütləsinə bərabər olan ekzoplanetlər sinfinə aiddir.
Planetin diametri təxminən 150 min kilometrə çatır ki, bu da Yupiterin diametrindən (139,8 min kilometr) bir qədər böyükdür. O, ulduz ətrafında tam bir dövrü cəmi 3,5 günə edir ki, bu da Merkurinin 88 günlük orbital dövründən 25 dəfə qısadır.
Ağarza Elçinoğlu