ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Aleksey Reznikova zəng edib.
"Unikal" xəbər verir ki, bu barədə Reznikov "Twitter" hesabında məlumat paylaşıb.
Tərəflər Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması və təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Məlumatda bildirilib ki, Ostin beynəlxalq ictimaiyyətin Ukraynaya davamlı dəstəyini vurğulayıb.
Bundan əvvəl Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.